TOM DAYI

Bəşər tarixində yazılan ən əhəmiyyətli kitablardan biri Harriyet Biçer-Stounun “Tom dayının daxması”dır. Əsər 1852-ci ildə dərc olunmuşdu. Bu o vaxt idi ki, ABŞ-ın Şimal və Cənub ştatları arasında quldarlıq məsələsinə görə ciddi qarşıdurma yaranmışdı.

Bu əsəri yazmaqda xanım Stounun məqsədi quldarlığın çirkin mahiyyətini bütün çılpaqlığı ilə göstərmək idi. Eyni zamanda o, qərəzsizliyini qoruyub saxlamağa çalışmışdı; məsələn, kitabda öz qullarına yaxşı münasibət bəsləyən cənubluların obrazları yaradılmış, eyni zamanda əsərin ən əclaf qəhrəmanı kimi şimallı Simon Leqre göstərilmişdir. Əsər olduqca inandırıcı alınmışdı. Bu əsəri oxuyan milyonlarla insan quldarlığa qarşı kəskin mövqe tutdu. Ancaq zəncilər özləri bu kitabı o qədər də bəyənmədilər. Ağların fikrincə isə zəncilərin, ələlxüsus da Tom dayının xarakterləri ideallaşdırılmışdı. O hətta onu qamçı ilə döyən Simon Leqrenin belə ruhuna dua edir.

XX əsrin ortalarında, Amerika zənciləri sakitcə, səbirlə, mömincəsinə gözlədikləri müddətcə ağların könüllü olaraq onların hüquqlarını tanımayacaqları qənaətinə gələndə isə Tom dayının davranışını şərəfsiz və iyrənc hesab etməyə başladılar.

Bugünkü zəncilər üçün Tom dayı olmaq azad insan hüquqlarına layiq olmayan, itaətkar qul olmaq deməkdir. Bu ləqəb həqarət və təhqir mənasını daşıyır. (Ayzek Azimov. Sözlərin tarixi)

TOLERANTLIQ
TOMAĞA
OBASTAN VİKİ
Hacı dayı
Hacı dayı — Azərbaycan şifahi xalq ədəbiyyatında əslən Azərbaycanın Şəki şəhərindən olan lətifə qəhrəmanı.
Sem dayı
Sem dayı (ing. Uncle Sam) — ABŞ-nin dünyada qəbul edilmiş qeyri-rəsmi simvolu. Əsasən uzun ağ saçları, uzunsov başlığı və dizə kimi çatan geyimi ilə təsvir edilmişdir. Sem dayı personajı Conatan Birayder və Yanke Dodlinin xarici görünüşünün əsasında çəkilmişdir. Sem dayı adının yaranma tarixi barədə dəqiq məlumat yoxdur. Ancaq adın Nyu-York ştatının Troy şəhərində yaşayan Samuel Vilson adlı iş adamının adı ilə bağlı olduğu ehtimal edilir. Bu ehtimala əsasən Samuel Vilson 1812-ci il müharibəsi zamanı ABŞ əsgərlərinə ət konservləri göndərirdi. Həmin konservlərin üzərində U.S yəni Birləşmiş Ştatlar sözü yazılırdı. Bununla Vilson konservilərin yalnız əsgərlər üçün nəzərdə tutulduğunu və şəxsi istehsal məqsədi ilə istifadə etməyin qadağan olduğu fikrini çatdırmaq istəmişdir. 1961-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilən qərara əsasən, ölkə adının U.S formasında qısaldılması fikri Samuel Vilsona aiddir.
Tom
Tom — kişi adı. Tom Days — Belçika müğənnisi. Tom Henks — amerikalı aktyor. Tom Cons — Britaniya estrada müğənnisi. Tom Huper — Böyük Britaniya rejissoru. Tom Berencer — amerikalı aktyor. Tom Kenni - ABŞ səs aktyoru. Tom AtkinsTom Atkins (aktyor) — aktyor. Tom Atkins (direktor) — Direktor. Tom Atkins (siyasətçi) — siyasətçi.Tom Lantos - ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin keçmiş sədri.
Tom (çay)
Tom - Qərbi Sibirdə çay. Ob çayının sağ qoludur və su yığılma dərəcəsinə görə İrtışdan sonra ikincidir.
Tom Araya
Tomas Enrike Araya Dias (isp. Tomás "Tom" Enrique Araya Díaz; d. 6 iyun 1961, Vinya-del-Mar) — treş metal qrupu olan Slayer-in Çili əsilli amerikalı vokalçısı və bas gitaraçısı. Araya Hit Parader-in "Tarixin ən yaxşı 100 metal vokalçısı" siyahısında 58-ci yerdə qərarlaşmışdır. Araya 1980-ci illərin əvvəllərində terapevt işləmiş və əldə etdiyi gəlirlə Slayer-in debüt albomu olan Show No Mercy albomunu maliyyələşdirmişdir. Arayanın yazdığı mahnı sözlərinin əsas hissəsi özünün də maraqlandığı seriyalı qatillər haqqındadır. Onun ilk söz yazarlığı töhfəsi 1985-ci ildə işıq üzü görmüş Hell Awaits albomundan vampir mövzulu "At Dawn They Sleep" mahnısıdır.
Tom Atkins
Tom Atkins (aktyor) — aktyor. Tom Atkins (direktor) — Direktor. Tom Atkins (siyasətçi) — siyasətçi.DigərTom Atkins (film, 1915) — 1915-ci ildə çəkilmiş film.
Tom Berencer
Tom Berencer (ing. Tom Berenger) - ABŞ aktyorudur. Qızıl Qlobus və Emmi mükafatına layiq görülmüşdür. Ona ilk populyarlıq gətirən rolu 1986-cı ildə çəkilən Əgər sabah açılsa filmindəki Ceff Stivens roludur.
Tom Beyker
Tomas Stüart «Tom» Beyker (ing. Thomas Stewart «Tom» Baker; 20 yanvar 1934, Liverpul) — İngilis aktyor. Ən çox 1974 və 1981-ci illər arasında «Doktor Kim» serialında dördüncü Doktorun rolunda oynayan aktyor kimi tanınır.
Tom Cons
Ser Tom Cons (ing. Tom Jones; əsl adı ser Tomas Con Vudvord ing. Thomas John Woodward; d. 7 iyun 1940) — əslən Uelsdən olan Britaniya estrada müğənnisi. Onun rəngarəng şouları və emosional mahnıları 1960-cı illərin ortalarından ona dünya şöhrəti gətirmişdir. == Həyatı == Müğənni 7 iyun 1940-cı ildə Uelsin Pontiprid qəsəbəsində, fəhlə ailəsində anadan olmuşdur. Hazırda ABŞ-nin Kaliforniya ştatında, Los-Anceles şəhərində yaşayır. 17 yaşından Melinda Trençard (Melinda Trenchard) ilə evli olmuşdur (10.04.2016-da vəfat edib). Mark adında oğlu və övladlığa götürülmüş Donna adında qızı var. O, özünə Tom Cons ləqəbini XVIII əsr ingilis yazıçısı Henri Fildinqin romanının məşhur personajının adından götürmüşdür.
Tom Days
Tom Days (25 noyabr 1989) — Belçika müğənnisi. Tom Days vaxtilə "The Dice" qrupunda oxuyub. Sonradan qrupu tərk edərək solo karyeraya başlayıb. Elə təmsilçinin "Days" (Dice) təxəllüsü də qrupdakı çıxışından qalıb. Onun ən məşhur albomu "Bleeding Love" adlanır. == Avroviziya 2010 == Tom Days 2010-cu ildə Belçikanı Avroviziyada "Me And My Guitar" mahnısı ilə təmsil edib.
Tom Dice
Tom Days (25 noyabr 1989) — Belçika müğənnisi. Tom Days vaxtilə "The Dice" qrupunda oxuyub. Sonradan qrupu tərk edərək solo karyeraya başlayıb. Elə təmsilçinin "Days" (Dice) təxəllüsü də qrupdakı çıxışından qalıb. Onun ən məşhur albomu "Bleeding Love" adlanır. == Avroviziya 2010 == Tom Days 2010-cu ildə Belçikanı Avroviziyada "Me And My Guitar" mahnısı ilə təmsil edib.
Tom Felton
Tom Andrew Felton (22 sentyabr 1987) — İngilis aktyor. Harri Potter adlı film seriyasında canlandırdığı Drako Malfoy obrazı ilə dünyaca tanınır.Harri Potter (romanlar seriyası) adlı kitab seriyası əsasında hazırlanan filmin bütün seriyalarında oynamışdır. == İlk İllər == Felton, 22 sentyabr 1987-ci ildə Londonda 4 qardaşın ən gənci olaraq dünyaya gəldi. Üç böyük qardaşı var: (Jonathan) Conathan, (Ashley) Aşli və (Chris) Kris. Aktyorluq karyerasına ailənin yaxın aktrisa dostunun Feltonun aktyorluq bacarıqlarını kəşf etməsi ilə başladı. Bunun üzərinə bir agentliyə qeydiyyatdan keçən Felton, 2 həftə sonra bir müsahibədən sonra təxminən 400 namizəd arasından (ABŞ-də) beynəlxalq bir reklam filmi üçün seçildi. 7 yaşında kilsə xorunda oxumağa başlayan Feltonun müvəffəqiyyətli bir müğənni olduğu deyilir. Məktəbin dörd fərqli xorunda iştirak edən Felton, Guilford Katedral Xoruna dəvət edilmişdir. == Karyera == === Başlanğıc === Felton, Ticarət Birliyi və Barclaycard kimi şirkətlərin reklamlarında fəaliyyət göstərməyə başladı. İlk bədii film rolunu Peter Hevitt-in "Borrowers" (1997) filmindəki Peagreen Clock rolu ilə başladı.Felton, 1999-cu ildə "Second Sight"-da Clive Oven ilə birlikdə şahid Thomas Ingham rolunu oynadı.Feltonun Jodie Fosterunda oynadığı Malayziyada çəkilən Anna və Kral (1999) filmində "Louis T. Leonowens" canlandırdı.2000-ci ildə Felton "Hide and Seek" bölümündə Second Sight 2-də qonaq oldu.
Tom Finni
Sir Thomas "Tom" Finni (5 Aprel 1922 - 14 Fevral 2014), Preston North End FC,da hücumçu mövqeyində oluş İngilis milli futbol oyunçusudur. 1946-cı ildə peşəkar karyerasına başlayan oyunçu və 1958-ci ilə qədər Preston North End-də forma geyinib.
Tom Henks
Tomas Cefri "Tom" Henks (ing. Thomas Jeffrey Hanks, 9 iyul 1956[…]) — amerikalı aktyor. == Həyatı == Amerika aktyoru və prodüseri Tomas Ceffri Henks 9 iyul, 1956-cı ildə Kaliforniya ştatının Konkord şəhərində anadan olub. Atası yerli restoranda baş aşpaz, anası isə həmin restoranda ofisiant işləyib. Tommi ailənin üçüncü uşağı idi. O, doğulandan 5 il sonra valideynləri boşanır və Amerika qanunvericiliyinə əsasən, 3 böyük uşaq (Tom, Larri və Sandra) atanın himayəsinə verilir. Tom azyaşlı olduğundan anası ilə qalır. Artıq gənc yaşlarında Tom Henks aktyorluq məharəti və güclü yumor hissi ilə ətrafdakıları ələ almağı bacarır. Kaliforniya Universitetinə qəbul olunması onun üçün məntiqli addım olur. Lakin Klivlenddə çıxış edən kiçik teatr truppasından dəvət alan kimi Tom təhsilini yarımçıq qoyur.
Tom Hey
Tom Hey (ing. Tom Hay; iyul 1858, İngiltərə – 10 yanvar 1940) — ingilis futbolçu; onun müntəzəm mövqeyi qapıçı idi. "Mançester Yunayted", "Barslem", "Steyvli", "Bolton Uonderers", "Great Lever", "Hallivel", "Akkrinqton" komandalarında çıxış edib. == Həyatı == Tom Hey 1861-ci ildə İngiltərənin Steyvli şəhərində anadan olmuşdur.
Tom Hiddlston
Tom Uilyam Hiddlston (ing. Thomas William Hiddleston, 9 fevral 1981, Vestminster, London) - İngiltərəli aktyor və prodüser. Daha çox Marvel film seriyasında canlandırdığı Loki və həmçinin "Axşamüstü Parisdə" (2011), "Krimson zirvəsi" (2013) filmləri ilə məşhurdur. == İlk illəri == Tom Hiddlston 9 fevral 1981-ci ildə Londonun Vestminster rayonunda doğulmuşdur. İlkin təhsilini Oksfordakı Drakon məktəbi və Berkşirdəki İton kollecində təhsil almışdır. 2005-ci ildə Kral Dramatik İncəsənət Akademiyasını bitirib. == Karyerası == Hiddlston karyerasına televiziyada başlayıb, ilk rolunu Nikolas və Niklbinin həyatı və məcarası" (2001) telefilmində oynayır. Bundan sonra o bir neçə il müxtəlif televiziya layihələrində iştirak edir. İlk böyük rolunu "Ceyn Ostinin sevgi uğursuzluqlarında" (2008) seriyalında oynayır. Aktyor 2011-ci ildə Marvel Kinematoqrafiya Kainatına daxil olan "Tor" filmində Loki obrazını canlandırır.
Tom Hokins
Tom Hokins (22 dekabr, 1936. Çikaqo – 16 avqust, 2017. Kaliforniya ştatı, Malibu şəhəri) — amerikalı basketbolçu. == Həyatı == Tom Hokins 16 avqust 2017-ci ildə 81 yaşında Kaliforniya ştatının Malibu şəhərindəki evində dünyasını dəyişib. == Karyera == Tom Hokins “Notr-Dam” kollecinin komandasının ilk qaradərili basktebolçusu olub. O, peşəkar karyerasını başa vurduqdan sonra radio və televiziyada şərhçi kimi fəaliyyət göstərib. Həmçinin “Los-Anceles Docers” beysbol klubunun vitse-prezidenti olub. Tom Hokins “Minneapolis Lakers”, “Los-Angeles Lakers” və “Sakramento Kings” klublarında çıxış edib.
Tom Holland
Tom Holland (1 iyun 1996) — britaniyalı aktyor, rəqqas, səs aktyoru. == Həyatı və karyerası == Tom Holland 1 iyun 1996-cı ildə Londonda doğulub. Anası Nikola Elizabet Frost fotoqraf, atası Dominik Holland komediyaçı və yazıçıdır. Tom Holland Pedi, Sem və Heri adlı əkiz qardaşları ilə birlikdə yaşayır. Tom Holland Uimbledon universitetində təhsil alıb. İngiltərənin paytaxtı Londonda böyüyən Tom Holland karyerasına rəqqas olaraq başlayıb. Məşhur müzikal "Billy Elliotun" xoreoqrafı təsadüfən bir rəqs sinifində Tomdakı istedadı kəşf etdi, beləliklə, hələ 12 yaşında olanda ciddi bir layihədə səhnə alma şansı əldə edib. Film karyerasında ilk işi Yapon animasiya filmi "Arrittinin Gizli Dünyası"nın ingiliscə versiyasında etdiyi səsləndirmə oldu. 2012-ci ildə "Mümkünsüz" filmində Naomi Vatts və Evan Makqreqorla birlikdə rol aldı.
Tom Huper
Tomas Corc "Tom" Huper (ing. Thomas George "Tom" Hooper) — Böyük Britaniya rejissorudur. 12 Oskara namizəd olan Kral danışır! filmi 2010-cu ilin ən yaxşı filmi mükafatını, baş rol aktyoru Kolin Fört ilin ən yaxşı aktyoru, bu filmin rejissoru Tom Huper isə ən yaxşı rejissor nominasiyasında qalib oldular. == Seçilmiş filmoqrafiya == Kral danışır!
Tom Jones
Ser Tom Cons (ing. Tom Jones; əsl adı ser Tomas Con Vudvord ing. Thomas John Woodward; d. 7 iyun 1940) — əslən Uelsdən olan Britaniya estrada müğənnisi. Onun rəngarəng şouları və emosional mahnıları 1960-cı illərin ortalarından ona dünya şöhrəti gətirmişdir. == Həyatı == Müğənni 7 iyun 1940-cı ildə Uelsin Pontiprid qəsəbəsində, fəhlə ailəsində anadan olmuşdur. Hazırda ABŞ-nin Kaliforniya ştatında, Los-Anceles şəhərində yaşayır. 17 yaşından Melinda Trençard (Melinda Trenchard) ilə evli olmuşdur (10.04.2016-da vəfat edib). Mark adında oğlu və övladlığa götürülmüş Donna adında qızı var. O, özünə Tom Cons ləqəbini XVIII əsr ingilis yazıçısı Henri Fildinqin romanının məşhur personajının adından götürmüşdür.
Tom Kenni
Tomas Ceyms "Tom" Kenni (ing. Thomas James "Tom" Kenny; 13 iyul 1962, Şərqi Sirakuz[d], Nyu-York ştatı) - ABŞ səs aktyoru. "Süngər Bob Kvadrat Şalvar" cizgi filmindən tanınır. == Həyatı == Kenni 1962-ci il iyulun 13-də Nyu-Yorkun Sirakuz şəhərində anadan olub. 1995-ci ildən Cill Talli ilə evlidir. Onların Mak (1997-ci il təvəllüdlü) və Nora (2003-cü il təvəllüdlü) adlı iki övladı var.
Tom Kilburn
Tom Kilburn (11 avqust 1921, Dyusberi[d], Qərbi Yorkşir[d] – 17 yanvar 2001, Mançester) — 11 avqust 1921-ci ildə ingilis mühəndisi, işləmə qabiliyyətinə malik olan ilk kompüter yaddaşının yaradıcılarından biri Tom Kilburn (Tom Kilburn) anadan olmuşdur. Kilburn Mançester Universitetində işləyərkən proqramı özündə saxlayan “Small-Scale Experimental Machine” adlı ilk kompüteri yaratmışdır. == Ədəbiyyat == Əliquliyev R., Salmanova P. “İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar”, 2013, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 169 s.
Tom Klensi
Tomas Leo Klensi (Tom Klensi) (ing. Tomas Leo Clancy) — siyasi triller janrında bədii əsərlər yazan amerikalı yazıçıdır. Onun soyuq müharibə haqqında yazdığı romanları bir çoxları tərəfindən rəğbət qazanmışdır və bu janrın ən məşhur əsərlərindən sayılmaqdadır,yazılarında əsasən tarixin əks üzünü göstərməyə çalışırdı. ABŞ və SSSR-i arasindakı soyuq müharibə onun ən çox sevdiyi mövzu idi. "Böyük oktyabr" uğrunda", "Mütəfəkkirlərin oyunu" və "Dünyanın qorxunc üzü" Tom Klensin ən populyar əsərləri hesab olunur. Yazıçının ssenariləri əsasında çoxlu kompüter oyunları hazırlanıb və filmlər çəkilib. == Həyatı == Tom Klensi 12 aprel 1947-ci il tarixində Merilend ştatının Baltimor dairəsində anadan olmuşdur. 1970-ci ildə ilk dəfə olaraq ailə həyatı qurmuşdur. 1998-ci ildə ilk arvadından boşanan yazıçı bir ildən sonra yenidən ailə həyatı qurur. Bir çoxlarının təəccübünə baxmayaraq Tom Klensi 11 sentyabr terror hadisəsindən sonra İslamı müdafiə etmişdir.
Tom Kortni
Thomas Daniel — İngilis aktyor. 1960-cı illərdəki The Loneliness of the Long Distance Runner (1962), Billy Liar (1963) və Dr. Zhivago (1965) kimi filmlər ilə məşhur olmuşdur.
Tom Kruz
Tom Kruz (tam adı: Tomas Kruz Meypoter 4-cü; 3 iyul 1962[…], Sirakuz, Nyu-York ştatı) — tanınmış amerikalı aktyor və film prodüseri. 3 dəfə "Qızıl Qlobus" mükafatı və 3 dəfə "Oskar" mükafatı laureatı olub. == Həyatı == Tom Kruz 3 iyul 1962-ci ildə Nyu-York ştatının Sirakyus əyalətində anadan olub. Tom ailədə 3-cü uşaqdır, onun 3 bacısı var. Onun anası aktrisa, atası isə mühəndis olub. Tomun 12 yaşı olanda valideynləri ayrılıblar. Artıq 14 yaşında o, Kanada və ABŞ-də 15 məktəb dəyişmişdi. Kruz aktyor kimi karyerasına 1981-ci ildə "Sonsuz sevgi" filmi ilə başlamışdır. Artıq 1983-cü ildə o, baş rolu oynadğı "Riskli biznes" filmi ilə uğur qazanıb. Mimi Rodcerslə 1-ci evliliyi sonlandıqdan sonra, Nikol Kidmanla 9 il 11 ay davam edən birlikdəliyi başlayıb.
зашварто́вывать молоково́з неосёдланный перегнои́ть призёр старожи́льцы арго́н беленно́й дозволя́ться некомпле́кт прозаи́чески хрящеви́на щедровать anachronical Areopagus birle dismounted fiberglass IOU lientery plain-hearted Southern Cross катализ тред-юнионизм шиит